2007-ci ildə yanacaq və mühərrik yağları fermerlərə 50 faiz güzəştlə satılacaq. Kənd Təsərrüfat naziri İsmət Abbasov deyir ki, dövlətin bu sahəyə ayırdığı 80 milyon manat subsidiya fermerlər arasında ədalətlə bölünəcək: «Rayonlarda komissiyalar yaradılacaq. Kəndlərdə həmin komissiyalara kənd icra nümayəndəsi, bələdiyyə təmsilçisi, ağsaqqallar və fermerlərin özləri daxil olacaqlar. Hansı fermerin nə qədər yanacaq işlətməsini komissiya müəyyənləşdirəcək və məbləğin 50 faizini dövlət ödəyəcək».
Nazirin sözlərinə görə, bu qayda fermerlərin istifadə etdiyi müxtəlif gübrələrə də tətbiq ediləcək.
Enerjidaşıyıcıların qiyməti artırıldıqdan sonra prezidentin sərəncamı ilə kənd təsərrüfatına yardım məqsədilə 80 milyon manat subsidiya ayrılıb.