Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:12

Türkiyədən ət gətirilməsi qadağan edildi


Dövlət Baytarlıq Xidməti «quş qripi» ilə bağlı bir daha xəbərdarlıq etdi
Dövlət Baytarlıq Xidməti «quş qripi» ilə bağlı bir daha xəbərdarlıq etdi

Respublika Dövlət Baytarlıq Xidməti fevralın 9-dan Türkiyədən Azərbaycana quş əti də daxil olmaqla ət məhsullarının gətirilməsini dayandırıb. Eyni zamanda həmin ölkədən idxal edilən yem və yem əlavələrinin, eləcə də digər baytarlıq nəzarətində olan yüklərin gətirilməsinə də müvəqqəti məhdudiyyət tətbiq edilib. Qadağanın Türkiyə ərazisində «quş qripi» virusunun aşkar edilməsi ilə bağlı olduğu bildirilir. Bu barədə «Azadlıq» radiosuna Dövlət Baytarlıq Xidmətinin rəsmisi Yolçu Xanvəli məlumat verib.


Dövlət Baytarlıq Xidməti bir daha xatırladır ki, ev quşları vəhşi quşlarla təmasdan qəti şəkildə uzaq saxlanılmalı, xüsusən köçəri və vəhşi quşların ovlanması və satışı qəti şəkildə qadağan edilir.


XS
SM
MD
LG