Məşhur musiqiçi Mstislav Rostropoviç xəstəxanaya düşüb. O, hazırda Moskva xəstəxanalarının birində müalicə alır. Rusiya prezidenti Vladimir Putin ona baş çəkib. Musiqiçinin hansı xəstəlikdən müalicə olunduğu və vəziyyəti barədə məlumat verilmir.
Mstislav Rostropoviç 1927-ci ilin martında Bakıda anadan olub. O, məşhur dirijor və violonçel ifaçısı olmaqla yanaşı, ictimai xadim, insanların hüquq və mənəvi azadlıqlarının müdafiəçisi kimi tanınır. Rostropoviç xeyriyyəçilik tədbirləri ilə də məşhurdur: o, uşaqlara tibbi yardım göstərən «Vişnevski-Rostropoviç Xeyriyyəçilik fondu»nun prezidentidir.