Keçid linkləri

2025, 21 Mart, Cümə, Bakı vaxtı 01:31

«Quş qripi»nə yoluxduğu ehtimal edilən xəstə vəfat edib


«Quş qripi»nə yoluxduğu güman edilən xəstənin analizlərinin cavabı bir neçə gündən sonra bilinəcək
«Quş qripi»nə yoluxduğu güman edilən xəstənin analizlərinin cavabı bir neçə gündən sonra bilinəcək

«Quş qripi»nə yoluxduğu ehtimal edilən Zəminə Zeynalova bu gecə saat 2 radələrində vəfat edib. Neftçalanın Boyat kənd sakini, fevralın 2-də ağır vəziyyətdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətirilmişdi.


İnstituta gətirilən Zəminə Zeynalovaya ikitərəfli kəskin pnevmoniya diaqnozu qoyulsa da, onun H5N1 virusundan vəfat etməsi ehtimal olunur. Lakin, xəstənin «quş qripi»nə yoluxub-yoluxmaması analizlərin nəticələrindən sonra aydın olacaq.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Səmayə Məmmədova Zəminə Zeynalovanın qan analizləri bu axşam Ümumdünya Səhiyyə Təşkilatının Londondakı laboratoriyasına göndəriləcəyini söyləyib.


Bir qədər öncə də, «quş qripi»nə yoluxmada şübhəli bilinən Salyan rayonunun sakini Əjdər Əsgərov da, yanvarın 27-də vəfat edib. Ancaq, sonradan Londonun referent laboratoriyası mərhumun qan nümunələrinin analiz edərək, onda virus aşkarlamadığı və ölümə pnevmoniyanın səbəb olduğunu bildirildi.


XS
SM
MD
LG