Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 22:01

«Enerji təchizatındakı fasilələr hələ bir il davam edəcək»


Fevralın 6-da paytaxtda enerji təminatında fasilələr olacaq
Fevralın 6-da paytaxtda enerji təminatında fasilələr olacaq

«Bakıda elektrik enerjisinin təchizatında yaranan fasilələr hələ təqribən altı ay, bir il davam edəcək». Bunu «Azadlıq» radiosuna «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat katibi Tanrıverdi Mustafayev bildirib. O, hazırda paytaxtda elektrik enerjisi təchizatında yaranan fasilələrin yarımstansiyalarda aparılan yenidənqurma işləri ilə bağlı olduğunu deyib. Cənab Mustafayevin sözlərinə görə, Yasamal rayonunda Sallaqxana-2 yarımstansiyasında transformatorlar dəyişilir ki, bunun da nəticəsində sözügedən yarımstansiyanın gücü iki dəfə artacaq.


«Bakıelektrikşəbəkə» ASC-dən onu da deyiblər ki, fevralın 6-da Yasamal rayonunda 120 saylı yarımstansiyada aparılan yenidənqurma işləri ilə bağlı enerji təminatında yenidən fasilələr olacaq.


XS
SM
MD
LG