Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

Avropa Birliyi və ABŞ «Ahtisaari planı»nı dəstəkləyir


Martti Ahtisaarinin özü təklifini «kompromisli» adlandırır
Martti Ahtisaarinin özü təklifini «kompromisli» adlandırır

Avropa Birliyi Serbiyanı və Kosova albanlarını BMT-nin xüsusi elçisi Martti Ahtisaarinin onlara təqdim etdiyi plana «tam məsuliyyəti» ilə yanaşmağa çağırıb.


Birləşmiş Ştatlar Kosovanın gələcək statusuna dair planı «ədalətli və tarazlı» adlandırıb.


Ahtisaarinin təqdim etdiyi plan Kosovanın beynəlxalq qurumlara çıxışını nəzərdə tutur, amma müstəqillik haqqında birbaşa danışmır. BMT elçisinin özü təklifini «kompromisli» adlandırıb.


Serbiyanın prezidenti Boris Tadiç yenidən bəyan edib ki, Serbiya heç vaxt Kosovaya müstəqillik verilməsi ilə barışmayacaq. Kosova prezidenti Fatmir Seydui isə əksinə, diyara tezliklə müstəqillik statusu veriləcəyinə ümid ifadə edib.


XS
SM
MD
LG