Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:12

AXCP şəhərin mərkəzində qərərgah istəyir


Fevralın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qərərgah üçün Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə müraciət edib. Bu barədə «Azadlıq» radiosuna məlumat verən AXCP Mətbuat Xidmətinin rəhbəri İsaq Əvəzoğlunun sözlərinə görə, onlar şəhərin mərkəzində qərərgahla təmin edilmək istəyirlər.


AXCP-nin qərərgahı 1993-cü ildə Əbülfəz Elçibəyin hakimiyyəti devrildikdən sonra əlindən alınıb. O vaxtdan 2006-cı ilin noyabrın 24-nə kimi bu partiya «Azadlıq» qəzetinin Xaqani- 33 ünvanındakı binasında məskunlaşıb.


İqtisad Məhkəməsinin qərarı ilə həmin bina «Azadlıq» qəzetindən alınarkən AXCP-də qərərgahsız qaldı.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi AXCP-yə Keşlə qəsəbəsində beton zavodunun həyətindəki binanın 2-ci mərtəbəsini təklif etdi. Ancaq partiyanın rəhbərliyi yeni qərərgahın şəhərdən uzaqlığını və şəraitin əlverişsiz olduğunu bildirərək, ora köçməkdən imtina etdi. AXCP ötən ilin noyabrından indiyə qədər Azərbaycan Demokrat Partiyasının qərərgahında bir otaqda məskunlaşıb.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Qulu Xəlilov deyir ki, onlar hələ AXCP-nin müraciətini almayıblar. Onun sözlərinə görə, əgər AXCP təklif edilən yeri bəyənmirsə, bu onların problemidir. Bununla belə, cənab Xəlilov deyir ki, AXCP-yə yenidən qərərgah təklif edilib-edilməyəcəyi ilə bağlı indidən heç nə deyə bilməz. Çünki komitə ilk növbədə, dövlət orqanlarının müraciətlərini dəyərləndirir.


XS
SM
MD
LG