Keçid linkləri

2025, 28 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:18

«Azərbaycan» Nəşriyyatı çap xərclərini də artırmaq istəyir


Fevralın 1-dən «Azərbaycan» Nəşriyyatı çap xərclərini artırmaq istəyir. Ancaq nəşriyyatın direktor müavini Bəsti İsmayılova deyir ki, onlar hələ çap xərcini nə qədər artıracaqlarını qəti müəyyən edə bilməyiblər.


«Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov isə deyir ki, bu qərar «Azərbaycan» Nəşriyyatında çap olunan qəzetləri ağır vəziyyətə sala bilər. Onun sözlərinə görə, əgər belə qarar verilərsə, onlar başqa nəşriyyatlara üz tutmalı olacaqlar: «Yaxşı olar ki, «Azərbaycan» Nəşriyyatı ya bu qərarından geri çəkilsin, ya da çap xərclərini cüzi miqdarda qaldırsın».


«Azərbaycan» Nəşriyyatı yanvarın 1-dən kommunal qiymətləri də 50 faiz artırıb.


XS
SM
MD
LG