Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Vergilər Nazirliyi «ANS-Commerce»də araşdırmalar aparır


Vergilər Nazirliyinin (VN) Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamenti «ANS-Commerce»də araşdırmalar aparır. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Fariz Səmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, araşdırmanın nə vaxt bitəcəyi və hansı maddə ilə cinayət işi başlanmasından xəbərsizdir. ANS Şirkətlər Qrupundan isə bildiriblər ki, bu ilin avqust-sentyabr aylarında Vergilər Nazirliyi şirkətdə yoxlamalar aparsa da, indiki araşdırmalardan xəbərsizdilər.


«APA» İnformasiya Agentliyinin vergi orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, hazırda Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə «ANS-Commerce» reklam şirkəti haqda cinayət işi başlanıb və araşdırma aparılır.


Ötən ilin avqust-sentyabr aylarında Vergilər Nazirliyi «ANS-Commerce»də yoxlamalar aparıb. Yoxlamalardan sonra nazirlik ilkin olaraq vergidən yayınmaya görə, ANS Şirkətlər Qrupuna 31min AZN məbləğində cərimə tətbiq edib. Bununla razılaşmayan ANS Şirkətlər Qrupu isə 1 saylı Yerli İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyəndən sonra bu qərardan apellyasiya şikayəti verilib. Şikayətə yanvarın 26-da baxılacaq.


XS
SM
MD
LG