Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 21:24

Prezident həmsədrlərlə görüşdü

Həmsədrlərin prezidentlə müzakirəsinin təfsilatı barədə məlumat verilmir
Həmsədrlərin prezidentlə müzakirəsinin təfsilatı barədə məlumat verilmir

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan Minsk Qrupunun həmsədrləri yanvarın 24-də prezident İlham Əliyevlə görüşüblər. Prezidentin mətbuat xidmətinin verdiyi məlumata görə, həmsədrlər Azərbaycanın dövlət başçısı ilə münaqişənin həlli yönündə aparılan danışıqların indiki durumunu və perspektivləri barədə müzakirə aparıblar. Görüş haqda təfsilatlı məlumat verilmir.


Günün ikinci yarısında həmsədrlər xarici işlər naziri Elmar Məmmədyarovla nahar süfrəsi arxasında görüşəcəklər. Daha sonra həmsədrlərin Ermənistana yola düşəcəyi bildirilir.


Həmsədrlər səfərdən öncə danışıqların prezidentlər səviyyəsində davam etdirilməsi və növbəti görüşün vaxtını müəyyənləşdirmək niyyətində olduqların bildirmişdilər.


This item is part of
XS
SM
MD
LG