Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:38

«Əsgərlərin qidalanmasına ictimai nəzarət olmalıdır»


Ekspert əsgərlərin qida təminatı ilə bağlı Rusiya təcrübənin öyrənilməsini vacib sayır
Ekspert əsgərlərin qida təminatı ilə bağlı Rusiya təcrübənin öyrənilməsini vacib sayır

«Çətinliyimiz var idi, bəzən verilən yemək ya dadsız olurdu, bəzən də iyi xoşuma gəlmirdi, onda həmin gün ac qalırdım. Amma, bəzən də yeməklər pis dadmırdı». Füzuli rayonunda hərbi xidmətdə olmuş Tahir Musayevin sözlərinə görə, yeməkləri pis olanda şikayət etməyi mənasız sayıb ac qalmağa üstünlük verirmiş, cibində pulu olanda mağazadan peçenye alırmış. Naxçıvanda hərbi xidmətdə olan Samir Seyidovun isə yeməkdən elə də narazılığı yoxdur, bircə el arasında «perlova» adıyla tanınan arpa yarmasından hazırlanan xörəyi yeyə bilmir. Deyir ki, yeməklərin keyfiyyətli olub-olmamasını ilk baxışdan təyin etmək çətindir. Əksər hallarda nahara toyuqdan və ya ətdən hazırlanmış xörək verirlər.


Yanvarın 20-də Gəncədə 22 əsgərin yeməkdən zəhərlənməsi ictimai diqqəti bir daha əsgərlərin yeyib-içməyinin keyfiyyətinə yönəltdi. Düzdür, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov hesab edir ki, burda ciddi narahatçılığa əsas yoxdur: «Yüngül zəhərlənmə halı olub, əsgərlərin hamısı da o dəqiqə buraxılıb. Əsgərlərimiz keyfiyyətli qidayla təmin olunur».


Ancaq, bəzi ekspertlər orduda əsgərlərin keyfiyyətli ərzaqla təmin olunmadığını düşünürlər. Silahlı Qüvvələrə Demokratik Yardım Mərkəzinin rəhbəri Ələkbər Məmmədov hesab edir ki, əsgərlərə keyfiyyətsiz, vaxtı ötmüş ərzaq məhsullarının verilməsi hələ də aktual problemdir:


«Qızdırmalı heyvanın ətini və ya vaxtı ötmüş ərzaq məhsullarını verirlər». Ələkbər Məmmədovun fikrincə, orduya ictimai nəzarəti artırmaq, əsgərlərin qidalanması üçün alınan ərzaq məhsullarının şəffaflığını təmin etmək vacibdir. Rusiya təcrübəsini xatırladan cənab Ələkbərov deyir ki, qonşu ölkədəki kimi Azərbaycanda da əsgər valideynlərinə, ictimai təşkilatlara hərbi hissələrdə övladının yeməyinə nəzarət etmək imkanı verilməlidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG