Beynəlxalq Mətbuat İnstitutu Türkiyəni «türk millətinin təhqir olunması» haqqında qanunları ləğv etməyə çağırır.
Təşkilatın bəyanatında deyilir ki, bu qanunlar erməni soyqırımı məsələsinin cəmiyyətdə sərbəst müzakirəsinə mane olur.
Təşkilatın bəyanatında deyilir ki, bu qanunlar erməni soyqırımı məsələsinin cəmiyyətdə sərbəst müzakirəsinə mane olur.
Müraciət İstanbulda erməni jurnalisti Hrant Dinkin qətli ilə əlaqədar yayılıb. O, bu qanunları pozduğuna görə, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Dink Birinci Dünya müharibəsi vaxtı Türkiyədə ermənilərin soyqırımı faktının tanınmasında israr edirdi.