Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

Salyan şəhərinin «20 yanvar» küçəsində yaşayan yüzdən artıq sakin etiraz aksiyası keçirib


Yanvarın 19-da Salyan şəhərinin «20 yanvar» küçəsində yaşayan yüzdən artıq sakin elektrik enerjisi verilməsinin dayandırılmasına etiraz olaraq yaşadıqları küçədə, daha sonra isə rayon icra hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçılarından Siyasət Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, üç gündür ki, yaşadıqları küçədə evlər tamamilə işıqsız qalıb. Cənab Əliyev deyir ki, rayon elektrik şəbəkəsinə yeni təyin edilmiş müdir işıqların yandırılması üçün hər evin 18 manat ödəməsini tələb edib. Salyan şəhər sakini Siyasət Əliyevin dediyinə görə, onlar sayğac quraşdırılmadığından hər ay 6 manat pul ödəyirlər. İndi isə elektrik şəbəkəsindən bu məbləğin az olduğu bildirilir.


Şəbəkə müdiri Sultan Heydərov «20 yanvar» küçəsindəki evlərin enerji pulunu ödəmədiyi üçün işığının kəsildiyini təsdiqləsə də, hamıdan eyni məbləğin tələb olunmadığın dedi. Onun sözlərinə görə, sakinlər yalnız pulu ödədikdən sonra enerjisinin verilməsi bərpa olunacaq.


XS
SM
MD
LG