Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

Ayıların yuxusu ərşə çəkilib


Ağ ayılar Çukotka dənizi sahili boyunca 200 kilometr yol getməyə məcbur olublar
Ağ ayılar Çukotka dənizi sahili boyunca 200 kilometr yol getməyə məcbur olublar

Ağ ayılar köç edirlər. Rusiya rəsmiləri dekabrda iki ağ ayının ənənəvi yaşayış yerlərindən uzaqlaşıb Çukotka dənizi sahili boyunca 200 kilometr yol getmələriylə bağlı sübutlar tapıblar. Ağ ayıların qida mühitini təşkil edən dəniz buzları azaldığından onların qidalanma imkanları tükənib. Bu da ağ ayıları ölmüş morjların iylənən cəmdəkləri arxasınca uzun yol getməyə vadar edib.


Ümumdünya Təbii Mühit Fondunun Berinq dənizi üzrə Ekoregion Proqramının direktoru Marqaret Ulyams: «İqlim dəyişikliyi özü bir çox şeylərin dəyişməsində böyük rol oynayır. Bu ağ ayıları vadar edir ki, quruda daha çox vaxt keçirsinlər. Bu isə potensial insan-ayı ünsiyyəti hallarını daha da artırır».


İnsan ayı ünsiyyəti isə çox vaxt brakonyerliklə nəticələnir. Rusiyanın Uzaq Şərqindəki brakonyerlər xeyli müddət dəniz sahili boyunca məskunlaşmış ağ ayılara gün verib işıq verməyiblər. Rusiya hökuməti görəndə ki, brakonyerlər qütb ayılarının kökünü kəsə bilər, 1956-cı ildə ağ ayıları «nəsli kəsilməkdə olan heyvan növü» elan edib və onların istənilən cür ovuna qadağa qoyub.


Rusiyada yerli kənd sakinləri yalnız özlərini müdafiə üçün ağ ayıya atəş aça bilərlər. Ancaq, bu halda belə əvvəlcədən Moskvaya zəng edib icazə almaq tələb olunur
Ancaq, qütb ayları təkcə Rusiyada yox, bütün dünyada nəsilləri kəsilmək təhlükəsi qarşısındadırlar. Elə buna görə 1973-cü ildə ağ ayı haqqında beynəlxalq saziş imzalanıb.


Rusiyayla bağlı problem isə brakonyerliyə qarşı qanunvericiliyi işə salmaqdadır. Ovlanan bir ağ ayının orta qiyməti 4500 dollardır. Ova görə cərimə və həbs müddəti isə çox azdır.


Marqaret Ulyams deyir ki, bir neçə il əvvəl onun qrupu Rusiyanın internet saytlarından birində 55 ağ ayı dərisinin satılması barədə elana rast gəlib. Rusiya qanunvericiliyinə görə, yerli kənd sakinləri yalnız özlərini müdafiə üçün ağ ayıya atəş aça bilərlər. Ancaq, bu halda belə əvvəlcədən Moskvaya zəng edib icazə almaq tələb olunur.


ABŞ və Kanadada isə yerli əhaliyə ancaq, yaşayış minimumunu təmin etmək üçün ova icazə verilir. Alyaskada isə əhali «ağ ayı qrupları» yaradır. Onların Çukotkadakı qonşuları da bu üsulların bəzilərindən istifadə edirlər. Bu qruplar ağ ayıları kəndlərdən uzaqlaşdırmaq üçün başqa texniki vasitələrlə yanaşı qulaqbatırıcı səslərdən də istifadə edirlər. Həmin qruplar yerli sakinləri ayıların davranışı, onlarla rastlaşdıqda necə hərəkət etmək barədə də məlumatlandırırlar.


Ötən ay ABŞ Konqresi Ağ Ayı haqqında Rusiya ilə ABŞ arasında bağlanmış beynəlxalq sazişin işlənməsiylə bağlı qanun qəbul edib. 2000-ci ildə imzalanmış bu saziş ötən illər ərzində konqresdə ilişib qalmışdı.


Havaların istiləşməsindən əziyyət çəkən isə təkcə ağ ayılar deyil. Alimlər deyirlər ki, Şimali İspaniyada adətən qışda yuxuya gedən qonur ayılar indi meşələrdə ərzaq axtarırlar. Çünki, indi havaların isti keçməsi qonur ayıların yuxusunu ərşə çəkib. Onlar giləmeyvə ardınca yem axtarışlara çıxırlar. Alimlərin onu da deyirlər ki, ola bilsin, ayılar əvvəllər heç vaxt görünmədikləri yerlərdə də peyda olub adamları heyrətləndirsinlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG