Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Dünyada ev almaq neçəyədir?


Bəzi təhlilçilərin fikrincə, daşınmaz əmlakın qiyməti əbədi artacaq
Bəzi təhlilçilərin fikrincə, daşınmaz əmlakın qiyməti əbədi artacaq
Rusiyanın «Kommersant» qəzeti müxtəlif ölkələrdə daşınmaz əmlakın qiymətinin monitorinqini aparıb. Qəzetin hesablamalarına görə, Moskvada bu cür qiymət artımı heç vaxt görünməyib. İndi Rusiya paytaxtında mənzilin bir kvadrat metri orta hesabla 4.5 min dollardır.

Son 30 il ərzində Böyük Britaniya paytaxtında prestijli daşınmaz əmlak sutkada 500 dollar bahalaşıb. 1976-cı ildə 100 min funt sterlinqə alınan evi 2006-cı ildə 3 milyon funt sterlinqə (5.8 milyon dollar) satmaq olardı. Keçən ilin əvvəlində Londonda evlərin orta qiyməti təxminən 487 min dollar təşkil edib, ilin sonuna qədər bu qiymət daha 8 faiz artıb. Hazırda Londonun mərkəzində ortabab mənzilin kvadrat metri təxminən 11260 dollara satılır. Bəzi təhlilçilərin fikrincə, London daşınmaz əmlakının qiyməti əbədi artacaq və 2018-ci ildə orta statistik mənzilin qiyməti 1 milyon funt sterlinqi keçəcək.


Nyu-Yorkda, xüsusilə də Manhettendə 2005-ci ildə mənzillər 28 faiz – 1.2 milyon dollaradək bahalaşıb. Amma, 2006-cı ildən qiymət artımında ümumi səngimə müşahidə olunur.


Cənubi Koreyada isə ötən il hökumət paytaxt Seulda qiymətlərin nəzarətsiz artımı ilə mübarizə aparıb və ümumilikdə, ölkə üzrə bu mübarizəni uduzub. 2006-cı ildə Seulda mənzilin qiyməti 13 faiz artıb. Hazırda orada yeni mənzilin kvadrat metri 3000-6200 dollar arasında dəyişir.


Çinin paytaxtı Pekində yeni tikililərdə qiymətlər il ərzində təxminən 11 faiz artıb və kvadrat metri 1000 dollardan bir az çox edir. Mənzil qiymətlərindəki hazırkı sabitlik 1999-2005-ci illərdə onların sayının iki dəfə artması ilə izah olunur.


Braziliyanın ən iri şəhəri San-Pauluda mənzillərin əksəriyyəti 50 min dollardan baha satılmır. Amma, orada bir ay ərzində 250 ev və mənzil satılır ki, bu da Moskvada birgünlük göstəriciyə bərabərdir.


Hindistanın Mumbau şəhərində kvadrat metr təxminən 2.5 min dollaradır. Amma, əhalisinin yarısının xarabalıqda yaşadığı şəhər üçün bu cür qiymət həddən artıq yüksəkdir.


İndoneziyanın paytaxtı Cakartada da mənzillərin kvadrat metri 1000 dollara olduqca bahadır. Hökumət burada hər biri 13 min dollar olmaqla «sosial mənzillər» tikməyi planlaşdırır.


Yaponiyada milyonlarla insan evin qiymətinin qalxmasının həsrətindədir. Çünki, indi mənzillərin qiyməti yaponların qiymət artımının qızğın vaxtında- 15 il əvvəl aldıqları kreditlərin ümumi dəyərindən aşağıdır. Amma, xeyli ucuzlaşmış mənzillər də yenə də Moskva mənzillərindən bahadır.


Türkiyə iqtisadiyyatında ümumi qeyri-sabitlik və ipoteka kreditləşməsinin olmaması İstanbulda ev bazarının normal inkişafına mane olur. Amma bu, qiymətlərin artımına mane olmur. Şəhərin ayrı-ayrı yerlərində daşınmaz əmlak 2006-cı ildə 150-200 faiz bahalaşıb. Şəhərdə qiymət səviyyəsi təxminən Moskvadakına uyğundur.


Rəsmi statistikaya görə, Ermənistanın paytaxtı Yerevanda 2006-cı ilin avqustunda ötən ilin eyni dövrü ilə müqayisədə mənzil alış-verişi 44,2 % artıb. 1 kvadrat metr mənzil sahəsinin orta həddə qiyməti ötən ilin avqustunda 527 dollar təşkil edib. Yerevanın mərkəzində hər kvadrat metrin maksimal orta qiyməti 1013 dollar, şəhərin kənarında isə 289 dollar olub.


2007-ci il üçün Tbilisidə torpağa yeni dövlət qiymətləri tətbiq olunacaq. Bununla da, şəhərin prestijli rayonlarında torpağın 1 kvadrat metri üçün qiymət 12 dollardan 360 dollara qalxacaq, yəni qiymət 30 dəfə yüksələcək. Tikinti şirkətlərinin sahibləri deyirlər ki, bundan sonra Tbilisinin mərkəzində yeni tikililərdə mənzilin 1 kvadrat metri indiki 1200 dollardan 2500 dollara qalxacaq.


Azərbaycanda bu ilin yanvarından enerjidaşıyıcılarının qiymətlərinin artması daşınmaz əmlak bazarına da təsir edib. Məsələn, Bakının Fəhlə prospekti ərazisində ötən ilin oktyabr ayında 25-27 min dollara olan bir otaqlı mənzil indi 35 min dollardan yuxarı təklif olunur. Fəhlə prospekti ərazisində mənzilin bir kvadrat metri ötən il 420 dollar idisə, indi bu rəqəm 480-500 dollara çatıb. Ötən ilin sentyabr ayına olan göstəriciyə görə, şəhərin mərkəzində Səbayel rayonu ərazisində mənzilin hər kvadrat metrinin qiyməti 1350-2700 dollar arasında dəyişir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG