Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:02

Fərhad Əliyevlə görüşə icazə verilməyib


Müdafiə Komitəsi hesab edir ki, istintaqın uzanması nəinki keçmiş nazirə, hətta onun ailə üzvlərinə də mənəvi zərbədir
Müdafiə Komitəsi hesab edir ki, istintaqın uzanması nəinki keçmiş nazirə, hətta onun ailə üzvlərinə də mənəvi zərbədir

Respublika Prokurorluğu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə onun Hüquqlarını Müdafiə Komitəsinin üzvlərinin görüşünə icazə verməyib. Bu barədə «Azadlıq» radiosuna məlumatı sabiq nazirin Hüquqlarını Müdafiə Komitəsinin sədri, millət vəkili Cəmil Həsənli verib. Onun sözlərinə görə, Baş prokurorun müavini Rüstəm Usubovun göndərdiyi məktubda görüşə icazə verilməməsi istintaq sirlərinin qorunması səbəbi ilə izah edilir. Cəmil Həsənli deyir ki, Fərhad Əliyevin həbsdə olduğu bu 1 il 3 ay ərzində onunla vəkilləri istisna olunmaqla, həm Müdafiə Komitəsinin üzvləri, həm də ailə üzvləri görüşə bilməyiblər.


Müdafiə Komitəsi hesab edir ki, istintaqın belə uzanması nəinki keçmiş nazirə, hətta onun ailə üzvlərinə də mənəvi zərbədir. Cəmil Həsənli deyir ki, onlar Fərhad Əliyevlə görüşmək üçün düz dörd dəfə Respublika Prokurorluğuna müraciət etsələr də, müraciətləri müsbət həllini tapmayıb. Sonuncu müraciətdə isə onlar görüşdən əlavə, Fərhad Əliyevin səhhəti ilə bağlı aparılan müayinə sənədləri ilə tanış olmaq istədiklərini də bildirmişdilər.


Baş prokurorun müavini Rüstəm Usubovun ğöndərdiyi məktubdan Müdafiə Komitəsinə müayinə sənədləri ilə tanışlıq üçün şərait yaradılmayacağı məlum olsa da, ümumilikdə müayinənin nəticələri ilə bağlı geniş bilgi çatdırılıb. Həmin məktubda Fərhad Əliyevin praktik sağlam olduğu bildirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG