Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 08:49

Bərpa olunan enerji mənbələri üzrə layihələr imzalanıb


Natiq Əliyev hesab edir ki, layihə reallaşsa, ölkənin enerji ehtiyatları 5 milyard kilovat saata qədər arta bilər
Natiq Əliyev hesab edir ki, layihə reallaşsa, ölkənin enerji ehtiyatları 5 milyard kilovat saata qədər arta bilər

Yanvarın 17-də Azərbaycan hökuməti və BMT arasında bərpa olunan mənbələr üzrə layihələr imzalanıb. Sənəd kiçik su elektrik stansiyalarının və külək elektrik stansiyalarının inkişafına dair iki layihəni özündə əks etdirir.


Müqaviləni Azərbaycan tərəfdən Sənaye və Energetika naziri Natiq Əliyev, qarşı tərəfdən isə BMT-nin İnkişaf Proqramının rezident-əlaqələndiricisi Marko Borsotti imzalayıb.


Natiq Əliyev bildirib ki, «Bərpa olunan enerji mənbələri hesabına Azərbaycanın enerji ehtiyatları 5 milyard kilovat saata qədər arta bilər». Marko Borsotti isə Azərbaycanın enerji sahəsində önəmli rol oynayan ölkə olduğunu deyib. Kiçik su elektrik stansiyalarının inkişafını nəzərdə tutan layihəyə Norveç dövləti 1,5 milyon dollar vəsait ayırıb.


Külək enerjisindən istifadəni təmin etmək məqsədi ilə nəzərdə tutulmuş ikinci layihəyə isə ilkin mərhələdə BMT-nin İnkişaf Proqramı və Qlobal Ekoloji Fond maliyyə yardımı göstərəcək.


XS
SM
MD
LG