Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:05

Gözəllik salonlarında gigiyena qaydalarına necə riayət edilir?


Gözəl görünmək istəyən xanımlar diqqətli olsalar problemlə üzləşməzlər...
Gözəl görünmək istəyən xanımlar diqqətli olsalar problemlə üzləşməzlər...

Gözəl görünmək istəyən xanımların qayğılarından biri də manikür və pedikürün nə qədər məharətlə edilməsidir. Bunun üçün onların bir çoxu gözəllik salonlarının manikür-pedikür xidmətlərinə müraciət edirlər. Bəs bu xidmət zamanı gigiyena qaydalarına necə riayət edilir?


Gözəllik salonlarında apardığım söhbətdən məlum oldu ki, hər salon gigiyenanı öz üsulu ilə qoruyur.


«İstifadə etdiyimiz qabları yuyuruq, alətlərimiz spirtlə silirik. Təmiz ağlardan istifadə edirik. Mən 35 ildir bu işdə işləyirəm. Hələ maşallah məndə manikür-pedikürdə problem olmayıb.


«-Deyirsiniz ki, spirtdən istifadə edirsiniz?


-Ancaq spirtdən. Qablarımızı da yuyuruq. Xlor dərmanları var».


Salon işçilərini sözlərinə görə xidmətdən istifadə edən qadınlar son zamanlar dezinfeksiya məsələsinə olduqca diqqətli yanaşırlar. «Hamı indi qorxur. İndi xəstəlik çoxdur. Hamı gigieniya qaydalarına əməl etməyi tələb edir».


Bu gün dezinfeksiya sahəsində bir çox müasir üsullar və texniki vasitələr olsa da belə məlum oldu ki, gözəllik salonları manikür-pedikürdə dezinfeksiya məqsədilə ancaq spirtdən istifadə edirlər. Bu isə bir çox xanımları qane etmir».


Leyla xanım salonlara getsə də, artıq 4 aydır ki, manikür-pedikür xidmətindən istifadə etmədiyini dedi: «Qane eləmədiyi üçün getmirəm. Görürəm ki, elə spirtlə silirlər vəssalam. Onların xüsusi aparatları var ki, alətlər ən azı yarım saat orada qalmalıdır».


Xanımların manikür-pedikür xidmətinə bu cür ehtiyatlı yanaşmalarına həkimlər də haqq qazandırırlar. İnfeksion həkim olan Mehdi Mehdiyevin sözlərinə görə manikür zamanı dərinin tamlığı pozula bilər. Dəri isə qoruyucu bir sistemdir və immunitetin spesifik bir formasıdır: «Dərinin tamlığı pozulduqda qatı açılır və infeksiya tez daxil olur. Bura əsasən hepatit və s. virusları, AİDS-in törədicisi daxildir. Başqa infeksiyalar da ola bilər». Mehdi Mehdiyev bildirdi ki, bu zaman dərini sadəcə spirtlə silməklə mikrob və ya virusdan qorunmaq mümkün deyil: «Spirt dezinfeksiyaedici məhlul deyil. Dezinfeksiya edici məhlul hepatitlərdə ancaq xloramin məhlulu ola bilər ki, o məhlulda saxlanıldıqdan sonra alət 45 dəqiqə qaynadılmalıdır».


Beynəlxalq Təşkilatlarda AİDS sahəsində çalışan Əli həkimisə deyir ki, manikürlə hətta HİV virusuna yoluxma ehtimalı da var. Azərbaycanda bu qaçılmaz haldır, çünki gözəllik salonlarının əksəriyyəti dezinfeksiya qaydalarına riayət etmirlər: “İti uclu, kəsici alətlər ən azı iki saat spirtdə saxlanılmalıdır. Yaxşı olardı ki, bu zaman 70 faizli spirtdən istifadə olunsun».


Deyirlər gözəllik qurban tələb edər, amma, gözəl görünmək istəyən xanımlar bu sahədə diqqətlərini daha da artırsalar yəqin ki, heç bir problemlə üzləşməzlər...


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG