Binəqədi Rayon Məhkəməsi keçmiş Müstəqil Azərbaycan Universitetinin tələbələri ilə bağlı qətnaməni yanvarın 18-də elan edəcək.
Tələbələrin vəkili İntiqam Əliyev «Azadlıq» radiosuna bildirib ki, iş kifayət qədər mürəkkəb olduğundan, hakim onu elan etmək üçün hazırlayıb çatdıra bilməyib. Ona görə də proses yanvarın 18-dək təxirə salınıb.
Müstəqil Azərbaycan Universitetinin testdənkənar qəbul edilmiş ikinci kurs tələbələri sözügedən ali məktəbin lisenziyası ləğv ediləndən sonra təhsil hüquqlarının bərpası tələbilə məhkəməyə müraciət ediblər.