
Başqa bir film isə Litvinenkonun və tarixçi Yuri Felştinskinin «Rusiyanı partladarkən» kitabının motivləri əsasında çəkiləcək. «Warner Brothers» və «Working Title Film» kinostudiyaları artıq həmin kitabla maraqlanırlar. Filmdə Litvinenkonun rolunu oynaya biləcək aktyorlar arasında Con Malkoviç və yaxınlarda Ceyms Bond olmuş Deniel Kreyqin adı da çəkilir.
«Columbia Pictures» kinostudiyası isə Litvinenkonun dul arvadı Marina və ailənin dostu Aleks Qoldfarbın yazdıqları kitabın ekranlaşdırılması hüququnu alır.