Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 15:40

Şimali Qafqazda amnistiya üzrə 546 nəfər təslim olub


Yanvarın 15-də Şimali Qafqazda yaraqlılar üçün amnistiyanın müddəti başa çatır. Rusiya Milli Anti-terror Komitəsinin məlumatına əsasən, 546 nəfər hakimiyyətə təslim olub. Təslim olanlar arasında səhra komandirləri İsa Əliyev, İslam Şaripov, habelə yaraqlıların liderləri Raduyev, Sadullayev və Umarovun qohumları da var.

Keçən ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşev yaraqlılara silahı yerə qoymalarını təklif edib. Dövlət Duması ağır cinayətlər törətməyən yaraqlılara amnistiya elan edib.


XS
SM
MD
LG