Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

«Valideynlər dayə seçəndə çox ehtiyatlı olmalıdırlar»


«Bu, bir insanın ailədə işləməsidirsə, məsələyə çox ciddi yanaşmaq lazımdir»
«Bu, bir insanın ailədə işləməsidirsə, məsələyə çox ciddi yanaşmaq lazımdir»

Azərbaycanda birja qəzetlərində təkcə ev alqı-satqısı və digər xidmət elanları yox, həmçinin dayəlik etmək istəyən qadınların élanına da rast gəlinir. Başı işinə qarışan insanlar övladlarına bütün gününü sərf edə bilmir və bu işdə onları əvəz edəcək adamları axtarır, uşaqlarını dayələrə vermək istəyirlər. İş adamı olan Sevda xanım da öz qızı üçün dayə axtarır: «Sentyabr ayında qızım məktəbə gedəcək və mənə dayə lazım olacaq. Mənim imkanım yoxdur ki, bütün günü onunla qalım. İstərdim ki, rusdilli, ali savadlı dayə tutam. Təxminən 25-40 yaş arasında».


Sevda xanım deyir ki, o, qızını hələ körpə ikən dayəyə həvalə edib: «Əvvəllər də dayəyə vermişəm və ondan razı qalmışam. Həmin dayə uşağa məndən yaxşı baxırdı, mən ezamiyyətlərə gedəndə belə, hətta onunla qalırdı. Çox razı idim».


Bəs, valideyn və dayələr bir-birilərini necə tapırlar? Onlar bunun üçün hansısa agentliyə müraciət edirlərmi?


Dayəni necə tapdığını Sevda xanım belə izah edir ki, həmin qadın onun qonşusu olub və müəyyən ehtiyaclar üzündən dayəlik etmək məcburiyyətində qalıb. Tanımadığı bir qadınasa övladını etibar etməzdi. İndi axtardığı dayəni də məhz tanış-bilişdən soruşub tapacağını deyir.


Birja qəzetlərinə dayəlik etmək istədiyi haqda elan verən Samirə isə onunla maraqlanan ailənin ilk növbədə, əvvəllər dayəlik etdiyi ailələrlə əlaqə yaratdığını deyir: «Hansı evlərdə işləmişəm onların ünvanlarını, telefon nömrələrini istəyirlər, onlarla əlaqə saxlayırlar: Bu insan necədir, etibarlıdır, etibarsızdır və s. Hər adamı evə buraxmaq da olmur».


«Qadın» Krizis Mərkəzinin həkim-psixolqu Təranə Həsənovanın sözlərinə görəsə, valideynlər dayə seçərkən çox ehtiyatlı olmalıdırlar. Dayənin əxlaqından tutmuş, dünyagörüşünə qədər öyrənib, sonra uşağı ona həvalə etməlidirlər. Uşaq dayədə olduğu müddətdə valideynlər ona nəzarət etməlidirlər. Əks halda, ciddi problemlər yarana bilər.


Artıq qeyd etdiyimiz kimi, dayə axtaran valideyn onu ya tanış-biliş, ya da etibar etdiyi insanların məsləhəti ilə tapır. Bunun üçün Azərbaycanda hələlik xüsusi agentliklər və bu sahədə peşəkarlıq öyrədən xüsusi məktəblər yoxdur. Ancaq «Dirçəliş» Gənclərin Sosial-Psixoliji Reablitasiya Mərkəzi ilk dəfə bu təşəbbüslə çıxış edib. Mərkəzin rəhbəri İslam Baxşəliyevin sözlərinə görə, onlar bu sahədə xüsusi təlim kursları keçmək istəyirlər. Təlimlərin pedaqoq, psixiloq və iş adamları tərəfindən aparılacağı nəzərdə tutulur: «Təlimlə bərabər biz paralel olaraq imkanlı adamlarla iş aparacağıq. Çünki təlimi qurtarandan sonra dayə oz işini davam etdirəcək. Biz danışıqlar aparacağiq ki, kimə hansı səviyyədə dayə lazimdir. Çünki bu, çox məsuliyyətli işdir. Bu, bir insanın ailədə işləməsidirsə, məsələyə çox ciddi yanaşmaq lazımdir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG