Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Gəncədə qiymətlər endirildi


Sürücülər köhnə qiymətlə sərnişin daşımağın rentabelli olmadığını bildirirlər
Sürücülər köhnə qiymətlə sərnişin daşımağın rentabelli olmadığını bildirirlər

Gəncədə şəhərdaxili nəqliyyatda sərnişindaşıma xidməti 10 qəpiyə endirilib. Bu barədə Gəncə Avtonəqliyyat Departamentinin 1 saylı Regional Nəqliyyat MMC-nin rəis müavini Qədir Əliyev jurnalistlərə bildirib. Onun sözlərinə görə, yanvarın 8-i və 9-da şəhərdaxili nəqliyyatda işləyən sürücülər sərnişindaşıma xidmətini 20 qəpiyə özbaşına qaldırıblar. Cənab Əliyev bildirir ki, yanvarın 10-da keçirilən reydlər zamanı qiyməti qaldıran sürücülərə xəbərdarlıq edilib və bildirilib ki, qiyməti özbaşına qaldıranlar marşrut xəttindən uzaqlaşdırılacaq və ya cərimə olunacaqlar.


Sürücülər isə benzinin yeni qiyməti ilə sərnişin daşımağın rentabelli olmadığını bildirirlər.


XS
SM
MD
LG