İraq rəhbərliyi Səddam Hüseynin edamını mobil telefonun video kamerasına çəkən şəxsi tapıb. Hökumət nümayəndəsi bildirib ki, bu şəxs məhkəmə qarşısında cavab verəcək. Hadisənin təfsilatı barədə xəbər verilmir.
Yanvarın 9-da internetdə keçmiş İraq liderinin edamından dərhal sonra çəkilmiş yeni videoyazı peyda olub. Onun cəsədi xərəyə yerləşdirilib, boynunda isə kəndir izləri var.