Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 10:13

Qiymət artımı ilə bağlı kütləvi aksiyalar keçiriləcək


İsa Qəmbər: Aksiya keçirilməsi ilə bağlı digər siyasi qurumlarla müzakirələr aparılır
İsa Qəmbər: Aksiya keçirilməsi ilə bağlı digər siyasi qurumlarla müzakirələr aparılır

Müsavat deputat qrupu qiymət artımı ilə bağlı Milli Məclisin növbədənkənar iclasının keçirilməsi tələbilə spiker Oqtay Əsədova müraciət edib. Partiyanın başqanı İsa Qəmbər deyir ki, məsələ yanvarın 8-də qurumun Divanında müzakirə edilib. Müzakirələr zamanı kütləvi etiraz aksiyaları keçirmək qərara alınıb: «Qiymətlərin qaldırılması əhalinin onsuz da pis olan vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq». Cənab Qəmbər bildirir ki, aksiya ilə bağlı hazırda başqa siyasi qurumlarla müzakirələr aparılır: «Biz hökumətdən bu qərarın icrasının dayandırılmasını tələb edirik».


Müsavat başqanının sözlərinə görə, əvvəlcə, əhalinin sosial müdafiəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilməli idi, «sonra qiymətlərin artırılması barədə düşünmək olardı».


Tarif Şurasının qərarıyla yanvarın 8-dən benzin və dizel yanacağı, elektrik, su, kanalizasiya və qeyri-əhali qrupu üçün qaz, ictimai nəqliyyat və dövlət yol polisinin bəzi xidmətlərinin qiymətləri qaldırılıb.


XS
SM
MD
LG