Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:00

«Baku Steel Company» istehsal fəaliyyətini dayandırıb


Paolo Pərviz ötən ilin yanvarında da müəssisəsinin fəaliyyətini dayandırmışdı
Paolo Pərviz ötən ilin yanvarında da müəssisəsinin fəaliyyətini dayandırmışdı
Azərbaycanda tikinti armaturu istehsalı və satışı sahəsində inhisarçı mövqe tutan «Baku Steel Company» («BSC») yanvarın 8-dən istehsal fəaliyyətini dayandırıb. Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, bu, metal qırıntısı xammalının çatışmazlığı ilə bağlıdır.

Müəssisənin istehsal gücündə fəaliyyətinin təmin edilməsi üçün sutkada 1000 ton metal qırıntısı tələb olunur. Lakin şirkət hazırda 500 ton xammal tədarük edə bilir. «BSC»də istehsalın bərpasının dəqiq tarixini göstərməyə çətinlik çəkirlər.


«Baku Steel Company» Azərbaycanda 2001-ci ilin aprel ayından fəaliyyət göstərir. Bundan əvvəl - 2006-cı il yanvarın 18-də də müəssisə fəaliyyətini dayandırmış və fevralın 1-də bərpa etmişdi. Hazırda «Baku Steel Company»də 2000 nəfərdən artıq işçi çalışır. Müəssisənin istehsal gücü ildə 350 min ton tikinti artamuru təşkil edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG