İranın Jurnalistlər İttifaqı 40 gün bundan əvvəl həbs olunmuş jurnalist Əli Fərəhbaxışın taleyindən narahatdır.
Əli Fərəhbaxış həbs olunarkən ona qarşı elə bir ittiham irəli sürülməyib.
Jurnalistlər İttifaqı İranın hakim dairələrini təcili həbsin səbəbinə aydınlıq gətirməyə çağırıb.
İranda kütləvi informasiya vasitələri hakimiyyətin ciddi nəzarəti altındadır. Son illər ölkədə xeyli qəzet bağlanıb, onlarla jurnalist tutulub.