Keçid linkləri

2025, 14 May, çərşənbə, Bakı vaxtı 12:59

«Səddam Hüseynin edamı İraqın daxili işidir»


İraqın Baş naziri Nuri əl-Maliki, 5 dekabr 2006
İraqın Baş naziri Nuri əl-Maliki, 5 dekabr 2006

İraqın Baş naziri Nuri əl-Maliki deyib ki, Səddam Hüseynin edamı İraqın daxili işidir. O xəbərdarlıq edib ki, İraq hökuməti edama görə onu tənqid edən ölkələrlə münasibətlərinə yenidən baxa bilər.


Əl-Maliki qeyd edib ki, keçmiş diktator üzərində məhkəmə ədalətli olub, ölüm hökmünün icrası isə İraq cəmiyyətinin birləşməsinə imkan yaradıb.


Səddam Hüseynin edamı onun tərəfdarları - sünnilərin kəskin etirazına səbəb olub.


Avropa Birliyi Səddamın bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilinən iki yaxın tərəfdaşının mümkün edamına qarşı çıxır.


XS
SM
MD
LG