Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:00

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsirə baş çəkib


Yanvarın 3-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı təmsilçisi əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Eldəniz Nuriyevlə görüşə bilib.

Komitənin Bakı Ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyevanın sözlərinə görə, qurumun nümayəndəsi əsirin saxlanma şəraiti, fiziki və psixoloji durumu ilə maraqlanıb.


Azərbaycan Ordusunun əsgəri Eldəniz Nuriyev dekabrın 31-də Füzuli istiqamətində əsir düşüb. Müdafiə Nazirliyi əsgərin əsir düşməsi faktını yanvarın 3-də təsdiqləyib və onun işğal olunmuş ərazidə saxlandığını bildirib.


Son bir ayda Azərbaycan Silahlı Qüvvələrinin üç əsgəri əsir düşüb. Onlardan yalnız biri – Vüsal Qaraçayev dekabrın 23-də geri qaytarılıb.


XS
SM
MD
LG