Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Azərbaycanlı əsgərin əsir düşdüyü iddia edilir


Ötən ilin dekabr ayında daha iki Azərbaycan əsgəri erməni tərəfinə əsir düşüb
Ötən ilin dekabr ayında daha iki Azərbaycan əsgəri erməni tərəfinə əsir düşüb

Rusiyanın «Reqnum» Agentliyinin verdiyi məlumata görə, dekabrın 31-də axşam Fizuli rayonu istiqamətində Azərbaycan Ordusunun əsgəri Eldəniz Nuriyev Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb. Agentlik bu xəbəri tanınmamış Dağlıq Qarabağın Hərbi Əsir və İtkin Düşmüşlər üzrə Dövlət Komissiyasından aldığını iddia edir.


Azərbaycanın Müdafiə Nazirliyi və Əsir Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komitəsində hələlik bu məlumatı dəqiqləşdirmək mümkün olmur.


Azərbaycanda istirahət günləri olduğu üçün rəsmilər daha bir əsgərin əsir düşüb-düşməməsi barədə məlumatları nə təsdiq, nə də inkar edirlər.


Ötən ilin dekabr ayında daha iki Azərbaycan əsgəri erməni tərəfinə əsir düşüb. Onlardan biri Vüqar Qaracayev dekabrın 23-də azad edilsə də, ertəsi gün-dekabrın 24-də əsir düşmüş Samid Məmmədov hələ də əsirlikdədir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG