Keçid linkləri

2025, 17 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:54

Səddam Hüseyn edama qurban kimi getməyə hazır olduğunu deyir


İraqın Apellyasiya Məhkəməsinin sədri bəyan edib ki, ölüm hökmü icra olunmalıdır
İraqın Apellyasiya Məhkəməsinin sədri bəyan edib ki, ölüm hökmü icra olunmalıdır
Keçmiş İraq diktatoru Səddam Hüseyn İraq xalqını öz düşməninə qarşı mübarizədə birləşməyə çağırıb və edama qurban kimi getməyə hazır olduğunu bəyan edib. Səddam Hüseyn bunları həbsxanadan göndərdiyi məktubda yazıb. Məktubda daha sonra deyilir ki, Allah onu əsil kişilər və şəhidlərin dünyasına göndərəcək.

İraqın Apellyasiya Məhkəməsi dekabrın 26-da Səddam Hüseyn və onun iki yaxın tərəfdarına qarşı çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb. Qərarın icra olunması üçün onu prezident Cəlal Talabani də təsdiq etməlidir. Lakin, Apellyasiya Məhkəməsinin sədri Arif Şahin deyib ki, hökm icra olunmalıdır.


Səddam Hüseynin rəhbərlik etdiyi keçmiş «Baas» partiyası xəbərdarlıq edib ki, əgər liderləri edam olunsa Amerikadan hər vasitəylə qisas alacaqlar.


XS
SM
MD
LG