Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:10

2007-ci ildən Azərbaycan teleməkanında yalnız Türkiyənin TRT kanalı açıq yayımlanacaq


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Rusiyanın 1-ci və «Rossiya» telekanallarının, eləcə də Türkiyənin «Samanyolu» televiziyasının və «D» kanalının yayımının dayandırılması barədə qəti qərar qəbul olunduğunu deyib. Bu barədə «RİA Novosti» agentliyinə istinadən «Media Forum» saytı məlumat yayıb. Cənab Məhərrəmlinin sözlərinə görə, gələn ildən Azərbaycan teleməkanında yalnız Türkiyənin TRT kanalı açıq yayımlanacaq. Çünki, MTRŞ-nin bu kanalın rəhbərliyi ilə uyğun razılaşmaları var. Azərbaycan teleməkanında yayımlanan xarici telekanalların yayımının nə vaxt dayandırılacağının Şuranın dekabrın 28-də keçiriləcək iclasında müəyyənləşəcək.


XS
SM
MD
LG