Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 14:56

Naxçıvan aeroportundan ət və toyuq məhsullarının keçirilməsinə qadağa qoyulub


Qadağanın nə zaman aradan qaldırılacağı bilinmir
Qadağanın nə zaman aradan qaldırılacağı bilinmir
Naxçıvan hava limanından ət və toyuq məhsullarının keçirilməsinə qadağa qoyulub. Artıq Muxtar Respublika sakinləri nə əllə, nə də yüklə üç kiloqramdan artıq ət və toyuq məhsulu keçirə bilməzlər. Naxçıvan rəsmilərinin bildirdiyinə görə, Muxtar Respublikada ət və toyuq ucuz olduğundan əhali və ayrı-ayrı işbazlar bu məhsulları Bakıya daşıyırlar. Bu da bölgədə qıtlığa və bahalığa səbəb olur.

Hazırda Naxçıvanda bir kiloqram mal və qoyun əti 16 min köhnə manatadır. Toyuq ətinin bir kiloqramının qiyməti isə 6-10 min köhnə manat arasındadır.


Qadağanın nə zaman aradan qaldırılacağı bilinmir.


XS
SM
MD
LG