Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 07:09

Yanvarın 1-dən metroda jetonlardan istifadə tamamilə ləğv ediləcək


Bir sıra metro stansiyalarının adları dəyişdiriləcək
Bir sıra metro stansiyalarının adları dəyişdiriləcək

Bakı Metropoliteninin rəis Tağı Əhmədov dekabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, yanvarın 1-dən metroda jetonlardan istifadə tamamilə ləğv ediləcək. Onun sözlərinə görə, 2007-ci il yanvarın 1-dən Bakının bütün stansiyalarında tam olaraq təmassız maqnit kartlarının istifadəsinə keçiləcək.


Qarşıdakı 2 ildə metroda gediş haqqının artırılmayacağını bir daha vurğulayan Tağı Əhmədov yeni stansiyaların layihələşdirildiyini bildirib. Onun sözlərinə görə, əsas layihələrdən biri Bakı Hava limanına yeni xəttin çəkilişidir.


Tağı Əhmədov həmçinin bildirib ki, onlar Adqoyma Komissiyasına da bir sıra təkliflər veriblər. Həmin təkliflərə görə metronun «Elmlər Akademiyası» stansiyasının «Hüseyn Cavid», «İnşaatçılar» «Üzeyir Hacıbəyov», «Ulduz» isə «Çingiz Babayev» adlandırıla bilər.


XS
SM
MD
LG