Prezident İlham Əliyev dekabrın 19-da Azərbaycan Respublikası vətəndaşlarının 2007-ci ilin yanvarın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Sənədə əsasən, 1989-cu ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1972-1988-ci illərdə doğulmuş, yaşı 35-dək olan, ölkənin Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2007-ci ilin yanvarın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılırlar.
Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2007-ci ilin yanvarın 1-dən 20-dək ehtiyata buraxılırlar.