Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 15:41

Əfqanıstan hökuməti xaş-xaş əkilən sahələrə kimyəvi dərman səpəcək


Bu il Əfqanıstanda 6 min tondan çox tiryək-heroin üçün xammal istehsal olunub
Bu il Əfqanıstanda 6 min tondan çox tiryək-heroin üçün xammal istehsal olunub

Əfqanıstan hökuməti xaş-xaş əkilən sahələrə kimyəvi dərman səpəcək. Dövlət rəsmiləri qanunsuz əkin sahələrinin məhv etmək üçün bu varianta üstünlük veriblər. Ölkənin narkotiklərə nəzarət üzrə naziri Habibullah Qadəri deyib ki, Əfqanıstan lazım olanda sahələrə dərman səpmək qərarını prinsipcə qəbul edib. Amma, nazir dərmanlamaya nə vaxt başlayacaqlarını açıqlamayıb. Nazirin sözlərinə görə, hökumət xaş-xaş sahələrini havadan dərmanlamağa etiraz edib.


Bu il Əfqanıstanda 6 min tondan çox tiryək-heroin üçün xammal istehsal olunub. Bu da bütün dünyada qanunsuz istehsal olunan narkotikin 90 faizi deməkdir.


XS
SM
MD
LG