Dekabrın 15-də Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən 26 nəfər təqsirləndirilən şəxslərin məhkəmədə son söz deməsi başa çatıb. Hakimlər müşavirəyə gedib. Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov «Azadlıq» radiosuna bildirib ki, təxminən iki həftədən sonra hökm oxunması gözlənilir.
Daxili İşlər Nazirliyinin keçmiş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər çoxsaylı qətllər törətməkdə və adam oğurluğunda təqsirləndirilirlər. Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən on nəfərinə ömürlük, digərlərinə isə 3 ildən 15 ilə qədər cəza verilməsini istəyib.