Keçid linkləri

2025, 17 May, şənbə, Bakı vaxtı 12:15

Apellyasiya məhkəməsi Sakit Zahidovun şikayətini təmin etmədi


Dekabrın 15-də Apellyasiya məhkəməsi hakim Lətif Nəbiyevin sədrliyi ilə «Azadlıq» qəzetinin əməkdaşı satirik-şair Sakit Zahidovun şikayətinə baxıb. Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə narkotiklərin saxlanması və istifadəsi ittihamı ilə jurnalisti 3 il müddətinə azadlıqdan məhrum etmişdi. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı əsaslı sayıb və onu qüvvədə saxlayıb.


İclas zamanı Sakit Zahidovun özü və onun vəkili Vüqar Xasayev məhkəmə qərarının qeyri qanuni olduğunu və siyasi xarakter daşıdığını bildiriblər. ABŞ, Böyük Britaniya səfirliklərinin və ATƏT-in əməkdaşları məhkəmənin gedişini müşahidə ediblər.


Sakit Zahidov iyunun 23-də həbs edilib.


XS
SM
MD
LG