Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:05

Türkiyə jurnalistinin İranda işgəncə təhlükəsində olduğu bildirilir


«Amnesty International» Şerko Cihanini vicdan məhbusu saya bilər
«Amnesty International» Şerko Cihanini vicdan məhbusu saya bilər

Beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» İranda itkin düşən Türkiyənin Firat informasiya agentliyinin müxbiri və insan hüquqları müdafiəçisi Şerko Cihani haqda təcili bəyanat verib.


İran kürdlərindən olan Cihani noyabrın 27-də İranın Kürdüstan vilayətinin Mahabad şəhərində nəzarət altına alınıb. Dekabrın 12-də verilən bu bəyanatda bildirilir ki, jurnalistin harada saxlandığı barədə məlumat verilməməsi onun işgəncələr və ya pis davranışla üzləşmə riskini artırır.


Şerko Cihaninin İranın kürd azlığının hüquqları uğrunda dinc fəaliyyətlərinə görə həbs edildiyi bildirilir. Bu halda o, «Amnesty International» tərəfindən vicdan məhbusu hesab edilə bilər. Türkiyənin Firat informasiya agentliyinin müxbiri və insan hüquqları üzrə «Kürdüstan» təşkilatının üzvü Şerko Cihani noyabrın 27-də Məhabad şəhərinin inqilab idarəsinin iki saylı şöbəsinə çağırılmış və orda dərhal nəzarət altına alınaraq Məhabad həbsxanasına aparılmışdı.


Məlumatlara görə, o, 2006-cı ilin yanvar ayında oğurlanmış kürd insan hüquqları fəalı Sarve Komkarın məsələsi ilə əlaqədar istintaq komitəsi yaradılması və 2005-ci ilin iyul ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Şivan Qədiri barədə xarici stansiyalara məlumat verməsi ilə bağlı sorğu-sula çəkilib.


Cihaninin ailəsinə dekabr ayının 4-də onunla görüşməyə icazə verilmişdi. O, pul ödəməklə zəmanətə buraxılmaqdan məhrum edilib. Noyabrın 30-dan etibarən Cihani aclıq aksiyasına başlayıb, dekabr ayının 4-dən isə danışmaqdan imtina edib. Dekabr ayının 6-da onun yeri dəyişilib lakin, haraya aparıldığı barədə məlumat verilməyib. Həmin yerin Urmiyə olduğu ehtimal edilir. Cihani 1999-cu ildə 9 dəfə həbsə salınıb və işgəncələrə məruz qalıb.


XS
SM
MD
LG