Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:05

Zakir Qaralov: «Əli Kərimlinin kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir»


Zakir Qaralov
Zakir Qaralov
«Azərbaycanda radikal müxalifət mövcuddur. Bu gün bu radikal müxalifət coğrafi məkanı səhv salıb. Onlar yenidən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirlər».

Bunu aprelin 15-də jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib. Baş prokuror müxalifəti icazəsiz aksiyalardan çəkinməyə də çağırıb:

«Radikal müxalifətin bütün üzvləri bilməlidirlər ki, Azərbaycanda hüquqi-dünyəvi dövlət qurulub. Bütün ictimai-siyasi proseslər qanunla tənzimlənir. Hər hansı bir aksiyaya icazə verilmirsə, qanunsuz keçirilən aksiyanın qarşısı alınacaq. 2 aprel mitinqinə gəldikdə isə, zorakılıqla, vətəndaşların əmlakının dağıdılması ilə müşayiət olunan bu aksiya nəticəsində həm təşkil edən, həm də fəal iştirakçıların 9 nəfəri cinayət məsuliyyətinə cəlb olunub. İctimai sabitliyi pozan şəxslər müəyyən edilməlidir. Təşkilatçılar haqqında da məsələyə istənilən vaxt baxıla bilər».

Z. Qaralov AXCP sədri Əli Kərimli haqqında isə deyib ki, «Əli Kərimli dediyiniz vətəndaş Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Qanunsuz əməllərdən çəkinməli, gənclərimizi qanunsuz əməllərə, zorakılığa, itaətsizliyə sövq etməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG