Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Hillari Klinton: “Ərəb üsyanları demokratiya gətirəcək, yoxsa bu, sadəcə “səhrada ilğım” olacaq?”


ABŞ dövlət katibi Hillari Klinton deyir ki, Yaxın Şərq xalqları əsl siyasi və iqtisadi islahatlar aparacaqmı və ya "Ərəb yazı"nın nəticə etibarilə də vacib dəyişikliklərin həyata keçmədiyi ilğımmı olacaq, bu hələ aydın deyil.

Aprelin 12-də Vaşinqtonda illik ABŞ - İslam Dünya Forumunda ərəb və amerikalı siyasətçilərlə danışan Klinton bildirib ki, üsyanlarla müşahidə olunan və Tunis, Misir kimi ölkələrdə uzun müddətli hakimiyyətinə son qoyulan region iqtisadi-siyasi islahatları qəbul etməlidir.

Hillari Klintonun sözlərinə görə, "uzun çəkən ərəb qışı yumşalmağa başlayıb". Amma o əlavə edib ki, hələlik demokratik islahatların aparılacağı və ya bu hadisələrin "sadəcə səhrada ilğım" olacağı hələlik aydın deyil.
XS
SM
MD
LG