Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:48

Peruda prezident seçkində solçu liderdir


Peruda bazar günü keçirilən prezident seçkilərində bülletenlərin yarısı sayılıb. Son məlumatlara görə, solçu siyasətçi, istefada olan polkovnik Ollanta Humala liderdir. O seçicilərin 27 faizinin səsini qazanıb.

İkinci turda Humalanın rəqibinin keçmiş baş nazir Pedro Pablo Kuczynskinin olacağı gözlənilir. O 23 faiz səs yığıb.

Keçmiş prezident Alberto Fujimorinin qızı Keiko Fujimori Kuczynskidən sonra üçüncü yerdədir.

Peru hökuməti bildirib ki, səslərin hamısı sayılmayıb. Ona görə də nəticələr dəyişə bilər.

İkinci tur iyunun 5-də keçiriləcək.
XS
SM
MD
LG