Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:11

Oqtay Əsədov 2 Aprel aksiyasını Sumqayıt hadisələrinə bənzətdi


Oqtay Əsədov
Milli Məclisin aprelin 8-də keçirilmiş iclasında spiker Oqtay Əsədov müxalifətin 2 Aprel mitinqini 1988-ci il Sumqayıt hadisələrinə bənzədib.

Spiker deyib ki, Azərbaycanın inkişafına xəbis gözlə baxan bəzi ölkələr eyni ssenarini 2 aprel mitinqində həyata keçiriblər:

«200-300 insan yığıldı, bu yığılmanın əsas məqsədi pozuculuq yaratmaq idi. Məqsəd o idi ki, telekanallar çəksin və xarici ölkələrdə göstərilsin və buna ad qoyulsun. Mən ad demək istəmirəm. Bizim də tanıdığımız bəzi adamlar sakit getdikləri yerdə kamera görən kimi «Azadlıq!» qışqırırdılar. Aydındır ki, bu, təşkil olunmuş ssenaridir».

O. Əsədov deyib ki, o, bundan sonra müxalifətin aksiya keçirəcəyinə inanmır.

«Mən inanmıram ki, belə biabırçı təşkil olunmuş mitinqdən sonra onlar yeni mitinq keçirməyə ürək eləsinlər. Azərbaycan artıq o illərin Azərbaycanı deyil. Azərbaycan müstəqil, güclü və inkişaf eləmiş bir ölkədir. Azərbaycanda belə qarışdırıcı mitinqlərə yer yoxdur. Biz bu məsələləri hərdən çox şişirdirik, xahiş edirəm şişirtməyək. Bu, bir daha sübut elədi ki, bizdə radikal müxalifətin bazası yoxdur» - deyə Milli Məclis sədri çıxışına yekun vurub.
XS
SM
MD
LG