Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 13:51

Azərbaycanın müdafiə naziri Türkiyəyə gedib


Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bu gün Ankaraya rəsmi səfərə yollanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı tərəflər arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Onun Türkiyənin digər dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.

Səfər Əbiyevi Türkiyəyə bu ölkənin milli müdafiə naziri Vəcdi Gönül dəvət edib.
XS
SM
MD
LG