Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:10

Muammar Qaddafinin qüvvələri yenidən hücuma keçib


Liviya rəhbəri Muammar Qaddafiyə məxsus qüvvələr üsyançıların əlində olan Misrata şəhərinə yenidən hücum ediblər. Misrata hökumət qüvvələrinin mühasirəsindədir. Brega ətrafındakı nef mədənlərinə yenidən nəzarəti ələ keçirən üsyançılar NATO-nun onlara yetərincə kömək etmədiyini iddia edir, hərbi alyans isə mülki əhalini qorumaq üçün imkanlardan istifadə etdiyini deyir.

Bu arada Liviya hakimiyyəti Britaniya qırıcılarının neft mədənlərini bombaladığını bildirir. Britaniya isə bunu hələ ki şərh etməyib.

Qaddafinin prezident Barak Obamaya məktub yazdığı və ondan "ədalətsiz müharibəyə" son verilməsinin istənildiyi bildirilir. ABŞ dövlət katibi Hillari Klinton isə Qaddafiyə istefa verməyi məsləhət görüb.
XS
SM
MD
LG