Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:48

Fransa Fil Dişi Sahilinə əlavə əsgər göndərib


Fransa yenidən Fil Dişi Sahilində sülhüməramlı missiyasını gücləndirir.

Fransa ölkənin ən böyük şəhəri olan Ajdabiyə şəhərinə 300 əlavə qüvvə göndərib.

Şəhər uğrunda, prezident seçkisində rəqib olmuş Alassana Oattara və Laurent Gbaqbanın tərəfdarları arasında ağır döyüşlər gedir.

Fransa hərbçiləri şəhərdəki hava limanının nəzarətə götürüldüyünü xəbər verirlər.

Birləşmiş Ştatlar Laurent Gbagbonu təcili hakimiyyətdən getməyə çağırıb.

Amma eyni zamanda qeyd edib ki, hər iki siyasətçini öz vətəndaşlarının təhlükəsizliyinə görə cavabdehlik daşıyır.

Ötın ilin noyabrında Fil Dişi Sahilində keçirilmiş prezident seçkisində Alasana Ouattara qalib gəlsə də hazırkı prezident Gbaqbo hakimiyyətdən getmək fikrində deyil.

Beynəlxalq təşkilatlar ölkədə gedən döyüşlərdə yüzlərlə adamın öldüyünü deyirlər.
XS
SM
MD
LG