Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Jurnalistlərin evlərinin tikintisinə başlanılıb


Jurnalistlər üçün nəzərdə tutulan yaşayış binasının tikintisi ilə bağlı işlərə start verilib. Səbayel rayonun 20-ci sahə deyilən ərazisində, 6 saylı peşə məktəbinin yaxınlığında artıq binanın özülünün qazıntısına başlanılıb. (Bakı şəhər icra hakimiyyətinin 2 aprel mitinqi ilə bağlı müxalifət partiyalarına təklif etdiyi meydanın yanı)

İşi «Azərrabitəinşaat» Açıq Tipli Səhmdar Cəmiyyət(ASC) görür. Bu barədə AzadlıqRadiosuna tikinti üzrə sahə rəisi Qaçay Quliyev məlumat verib.

Jurnalistlər üçün tikilən bina iki bloklu 17 mərtəbəli olacaq. İşlərin il yarıma, iki ilə yekunlaşacağı bildirilir.

Prezident İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılması ilə bağlı Maliyyə Nazirliyinə tapşırıq verilib.

XS
SM
MD
LG