Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Yəməndə prezident tərəfdarları ilə əleyhdarları ayrı-ayrılıqda mitinq keçirəcək


Bu gün Yəmənin paytaxtı Sanada həm prezident Ali Abdulla Salehin tərəfdarları, həm də müxalifət mitinq keçirəcək.

Saba dövlət xəbər agentliyinin məlumatına görə, Salehin çağırışı ilə Sanaya gələn prezident tərəfdarları onunla həmrəy olduqlarını göstərmək üçün nümayiş keçirəcəklər.

Əksəriyyəti gənclər olan hökumət əleyhdarları da tərəfdarlarını bu gün küçələrə çıxmağa çağırıb.

Mart ayında Yəməndə hökumət qüvvələri ilə etirazçılar arasında baş verən qanlı qarşıdurmalarda 50 nümayişçi öldürülüb.
XS
SM
MD
LG