Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:50

Ağdamın işğal altındakı ərazilərindən partlayış səsləri eşidilir


APA-nın yerli sakinlərə istinadla verdiyi məlumata görə, partlayış səsləri Şahbulaq dağı və Uzundərə adlanan ərazidən gəlir.

Bəzi məlumatlara görə, erməni qüvvələri işğal altındakı ərazilərdə kiçik hərbi təlim keçirir.

Başqa bir məlumata görə isə ermənilər işğal altındakı dağ massivlərində tikinti-mühəndis işləri məqsədilə partlayışlar törədirlər.

Qeyd edək ki, Şahbulaq dağ massivində böyük daş yataqları var.
XS
SM
MD
LG