Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:27

Yəmən prezidenti Saleh «gedirəm» dedi


Yəmənin prezidenti Ali Abdullah Saleh martın 25-də bildirib ki, ölkədə qanlı toqquşmaların qarşısını almaq üçün hakimiyyəti başqasına verməyə hazırdır. Amma televiziya ilə müraciətində şərt də qoyub ki, hakimiyyəti yalnız «etibarlı əllər» kimi təsvir etdiyi keçid hökumətinə ötürə bilər.

Bu gün paytaxt Sanaada müxalifətin kütləvi etiraz aksiyası keçirilir. Paytaxtın müxtəlif yerlərində müxalifətçilər və rejimin tərəfdarları toplanıblar. Ordu və müxalifətçilər hərə özününün yoxlama məntəqəsini yaradıb.

Həmçinin oxuyun:
Keçən həftənin cümə günü buna bənzər etiraz askiyasında baş verən zorakılıqda 50-dən çox adam həlak olub.

Müxalifətçilər «Gediş günü» adlandırdıqları bugünkü aksiyaları ilə Salehin 32 illik hakimiyyətinə son qoyulacağına ümid edirlər.

İndiki prezidentlik müddəti 2013-cü ildə başa çatacaq Saleh ötən həftə təklif edib ki, bu ilin sonuna qədər parlament və prezident seçkisi keçirilsin, ondan sonra hakimiyyətdən getsin. Amma müxalifət bunun səmimi təklif olmadığını deyərək ondan imtina edib.
XS
SM
MD
LG